“Bağça müdirlərinin işə qəbulu müsabiqəsinin oktyabr ayında keçirilməsi planlaşdırılır”.
"Unikal" xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müsabiqə test və müsahibə mərhələsindən ibarət olacaq: "Bununla məktəbəqədər təhsil müəssisələrinə rəhbər şəxslərin qəbul olunmasında da şəffaflığa nail olmaq istəyirik. Son bir ildə görülən işlər onu deməyə əsas verir ki, məktəbəqədər təhsilin inkişafında mühüm irəliləyişə nail olacağıq".
Şöbə müdiri qeyd edib ki, növbəti mərhələdə bağçlarda müəllim və direktorların diaqnostikası da aparılacaq.