“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ona məxsus 4 qurumun ləğv olunması ilə bağlı açıqlama yayıb.
"Unikal"ın məlumatına görə, açıqlamada deyilir ki, bu addım struktur dəyişikliyi çərçivəsində atılıb.
Belə ki, büdcə vəsaitindən səmərəli və qənaətlə istifadə, vəzifə və funksiyaların yerinə yetirilməsi istiqamətində pərakəndəliyin aradan qaldırılması, müasir tələblər səviyyəsində çevik addımların atılması nəzərə alınmaqla “Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət” İdarəsi və “Hidrogeoloji-Meliorativ Xidmət” İdarəsinin vəzifə və funksiyaları “Hidrologioloji Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi”nə, “Azərbaycan Elmi-Tədqiqat Su Problemləri” İnstitutunun və Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat” Birliyinin vəzifə və funksiyaları isə “Azərbaycan Meliorasiya Elmi Tədqiqat İnstitutu”na həvalə olunub.
Ləğv olunan idarələrin işçiləri isə yeni yaradılan qurumlarda işlə təmin ediliblər.