"Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində istiliklə bağlı problemlər fərqlidir".
"Unikal" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, aparılan monitorinqlər çatışmazlıqları üzə çıxarıb: "Mövsümə qədər istiliklə bağlı problemlər nazirliyin Tikinti və təchizat idarəsinə bildiriləcək və həmin idarənin podratçıları tərəfindən problemlərin həllinə yönəlik işlərə başlanılacaq".