Yeni hazırlanan “Siyasi partiyalar haqqında” qanun layihəsində seçkilərdə iki dəfə iştirak etməyən siyasi partiyaların ləğv edilməsi təklif olunur.
Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafa bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, bu mümkündür və həmin təklifi dəstəkləyir.
"Partiya ola bilər ki, təsadüfən 1-2 dəfə seçkiyə qatılmasın. Amma ard-arda bir neçə seçkiyə qatılmayan partiyanın fəaliyyət göstərməsinin mənası yoxdur. Getsin, bir klub, dəstə, qrup və ya ictimai birlik kimi işləsin. Partiyadırsa, seçkiyə qatılması vacibdir. Həmişə seçkini boykot edib kənara çəkilmək partiya kimi fəaliyyət göstərmək deyil", - deyə F.Mustafa qeyd edib.
Anar Kəlbiyev