Serbiya Azərbaycandan təkcə təbii qaz deyil, həm də elektrik enerjisi idxal etmək istəyir.
"Unikal" xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç prezident Ərdoğanın Belqrada səfəri zamanı Türkiyədən bu məsələdə kömək istəyib.
Rusiya qazından demək olar ki, tamamilə asılı olan Serbiya enerji mənbələrini şaxələndirmək istəyir. Serbiya Azərbaycandan təkcə təbii qaz deyil, həm də elektrik enerjisi idxal etmək fikrindədir. Belqrad və Bakı elektrik enerjisinin satışının qiymətini razılaşdırıb, Bolqarıstan da layihəyə qoşulub. Amma transfer üçün Türkiyə “hə” deməlidir.
Prezident Ərdoğanla görüşündə məsələni gündəmə gətirən Vuçiç kömək istəyib.