Səhhətində yaranan problemlərə görə 96 yaşında dünyasını dəyişən Kraliça II Elizabetin ölümü dünya gündəmini zəbt edib.
"Unikal" xəbər verir ki, ingiltərəlilər Kraliçanın ölümünə yas tutmağa başlayıb. Bukingem sarayına gedən minlərlə britaniyalı sarayın önünə gül qoyub.
Sarayda bayraqlar yarıya qədər endirilib.
Kraliça Elizabetin ölüm xəbəri də sarayın qapısına asılan reklamlar vasitəsilə elan edilib. Yağışlı havaya baxmayaraq, çox sayda insan Kraliçanın öldüyü Balmoral qəsrinin qarşısına gül dəstələri qoyub.
"Vest Hem"in Avropa Konfrans Liqası matçından əvvəl Londonda bir dəqiqəlik sükutla yad edilib. Londonda Pikadilli Meydanının məşhur reklam lövhəsindəki reklamlar yığışdırılıb, kraliçanın fotosu yayımlanıb.