Bu ilin yanvar-avqust aylarında vergi daxilolmaları üzrə dövlət büdcəsinə 9 787,4 mln. manat vəsait köçürülüb.
"Unikal" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.
Nazir əlavə edib ki, bu vəsaitin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 954,2 mln. manat və ya 67,8% artıb.