Bugünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən sənaye məhsullarının istehsalı və emalına xidmət edən 2.557 layihənin maliyyələşdirilməsinə 720,1 mln. manat güzəştli kredit verilib.
"Unikal"ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.
Nazir qeyd edib ki, ötən il boya məhsullarının istehsalı ilə məşğul olan “Polisan Azərbaycan” MMC-yə Fond tərəfindən 100 min manat güzəştli kredit dəstəyi göstərilib.