Azərbaycanın orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) 130 əcnəbi təhsil alır.
"Unikal" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Müjdat Həsənov deyib.
Onun sözlərinə görə, 2021-2022-ci tədris ilində ali təhsil alan əcnəbilərin sayı isə 7400-ə yaxındır:
“Əcnəbi tələbələrin əksəriyyətini Türkiyə, İran, Gürcüstan, Rusiya və İraqdan gələnlər təşkil edir".