Bu gün "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Zaur Mikayılov Ağdaş Suvarma Sistemləri İdarəsinin inzibati binasında Ağdaş, Göyçay və digər rayonlardan olan vətəndaşları qəbul edib.
"Unikal" quruma istinadən xəbər verir ki, sədr qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.