Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-avqust ayları ərzində 42,5 min şəxsə əlillik təyin edilib.
Bu barədə nazirlikdən "Unikal"a verilən məlumata görə, onlardan 13,6 mininə ilkin, 28,9 mininə isə təkrar əlillik təyinatı aparılıb.
Son 8 ayda həmçinin Agentliyin reabilitasiya müəssisələrində 29,3 min şəxsə reabilitasiya xidməti göstərilib, 9,4 min şəxsə 42,1 min reabilitasiya vasitəsi verilib.