XIV Üzeyir Hacıbəyli Klassik Musiqi Festivalı 18-26 sentyabr tarixlərində keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Tvitter” hesabında paylaşım edib.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda 14 ölkənin musiqiçiləri Bakı, Gəncə, Bərdə, Ağcabədidə çıxış edəcəklər. Eyni zamanda musiqiçilər Şuşada çıxış edəcəklər.