Bu il sentyabrın 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 290,4 min ədəd artaraq 1 milyon 692 mini ötüb.
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Qeyri-neft sektorunun özəl bölməsində isə bu göstərici 260,4 min ədəd artaraq 800,3 min təşkil edib. Əmək bazarında şəffaflığın təmin olunması istiqamətində aparılan islahatlar müsbət nəticələr verir", - o qeyd edib.