Bu gün günorta saatlarına olan məlumatına, əsasən paytaxtın Heydər Əliyev prospektində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 5 müntəzəm marşrut xətti üzrə 15 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə "Unikal" Bakı Nəqliyyat Agentliyinin Vahid Dispetçer Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.