Kral III Çarlz ilk dəfə parlamentdə çıxış edib.
"Unikal" xəbər verir ki, Kral III Çarlz monarx olduqdan sonra ilk dəfə “Westminster Hall”da deputatların qarşısına çıxıb.
Kral, anasının ölümündən sonra deputatların və insanların rəğbətinə görə dərin minnətdarlığını ifadə edib.
O əlavə edib ki, anası bir monarx kimi fədakarlıq nümunəsi göstərib və o da anasının yolu ilə davam edərək konstitusiya hökumətinə sadiq olacağına söz verib.
Daha sonra Kral parlamentdə palatanın spikerləri ilə danışıb.