Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qax şəhərində vətəndaşları qəbul edib.
"Unikal" nazirliyə istinadən xəbər verir ki, qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinləri iştirak ediblər.
Nazir vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxıb, müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib. Qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb, nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.