Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çinin ənənəvi bayramı olan “Payızın ortası” – Çin Yeni ilindən sonra ikinci ən mühüm bayram olan “Çjonçücye”yə həsr olunmuş onlayn tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Zhongqiujie - aya ibadət etmək və məhsula görə minnətdarlığını bildirmək üçün bir gün kimi qeyd olunur. Çin ailəsinin birləşməsi, harmoniya, xoşbəxtlik və sevginin təzahürü deməkdir.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çjonçücye” bayramının tarixindən danışaraq, bu bayramın Azərbaycanın qədim payız bayramı “Kövsaç” ilə oxşarlığını qeyd edib. R.Abbasov bu bayramı ailə üzvləri ilə, yaxın qohumlar və dostlarla birlikdə qeyd olunduğunu da vurğulayıb.
Tədbirdə ADU Konfutsi İnstitutunun əməkdaşı Nigar Bədəlbəyli bayramın adət-ənənələrindən danışaraq ailə üzvlərinin bir araya gələrək parlaq tam aya heyran olduqlarını, ailə üzvlərinə və dostlarına ən xoş arzularını bildirdiklərini qeyd edib.
N.Bədəlbəyli qeyd edib ki, bayram günlərində Çində ay şənlikləri keçirilir. Ailə qovuşmasının simvolu olan quşlar, balıqlar, meyvələr şəklində bayram fənərləri asıldığını, alovlu əjdaha və şirlərin rəqslərinin düzüldüyünü və ay dovşanlarının heykəlciklərinin uşaqlara təqdim olunduğunuda vurğulayıb.
Tədbirdə çıxış edən ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşunas tələbələri “Çjonçücye” ilə bağlı oxatan Xou Yi və onun Aya uçan gözəl həyat yoldaşı Çan-ı, Yəşim imperatoru və Ay dovşanı haqqında rəvayətlərdən danışıblar. Şagirdlər qədim Çin şairlərinin bayramın simvollarından birinə çevrilən - Aya həsr olunmuş şeirlərini, o cümlədən Şair Su Şinin Sun sülaləsi dövründə qələmə aldığı ən məşhur "Su melodiyası" poemasını ifa ediblər.
N.Bədəlbəyli həm də bayramın ən ənənəvi yeməyi - firavanlıq, evdə xoşbəxtlik, ailə qovuşması və tam ay rəmzi olan ay pryaniklərinin (yüebin) hazırlanması reseptini də bölüşüb.