Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının ölkə ərazisində qida sahəsində fəaliyyət göstərən 44 ticarət müəssisəsi və 28 ictimai iaşə müəssisəsində həyata keçirdiyi monitorinqlər zamanı ümumilikdə 45 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu barədə "Unikal"a AQTA-dan məlumat verilib.
Bildirilib ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 43, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 25 nöqsan aşkar olunub.
Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.