"Bakı Metropoliteni" QSC-nin "İçərişəhər - Həzi Aslanov" xətti ilə hərəkət edən qatarında nasazlıq qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, nasazlıq qatar "Gənclik" stansiyasında olarkən yaranıb: "Buna görə də qatar depoya verilib və xəttə yeni qatar buraxılıb. İntervalı çıxmaq şərti ilə bu, ümumilikdə 7,5 dəqiqə yubanmaya səbəb olub. Hazırda isə intervalla bağlı problem demək olar ki, həll edilib. Müəyyən problemlər "Memar Əcəmi"-"Dərnəgül" xəttində mövcuddur. O da yaxın zamanda həll ediləcək".