“Türkiyə Azərbaycanın haqlı davasında hər zaman yanında olub və olmağa davam edəcək”.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Twitter"də yazıb.
“Azərbaycan-Ermənistan sərhədində erməni təxribatlarında şəhid olan igidlərə Allahdan rəhmət, ailələrinə və silahdaşlarına səbirlə başsağlığı, yaralı qardaşlarımıza şəfa diləyirəm”, - deyə səfir bildirib.