ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş müşaviri Filip Riker Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etmək üçün Bakıya gəlib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında məlumat verilib.
Müşavirin sentyabrın 13-dən 14-dək Azərbaycanda qalacağı dəqiqləşib.
“Səfir Riker ABŞ-ın Azərbaycan və Ermənistanın davamlı sülhün əldə edilməsinə yönəlmiş diplomatik səylərinə dəstəyini müzakirə edəcək”, - diplomatik missiyanın bəyanatında deyilir.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan Xarici İşlər Nazirliyinin katibi Vahan Hunanyan da bildirib ki, sərhəddə vəziyyətin gərginləşməsi ilə əlaqədar sentyabrın 13-də ATƏT Daimi Şurasının iclası keçiriləcək .