Teymur Əliyev küçəsində və Novxanıdakı dəbdəbəli mülklər niyə siyahıya alınır?
02:13 06-04-2012
İQTİSADİYYAT
Villalara "Eurovision"dan sonra böyük təhlükə!
Teymur Əliyev küçəsində və Novxanıdakı dəbdəbəli mülklər niyə siyahıya alınır?
Sadə vətəndaşlar Bakıda keçiriləcək nüfuzlu "Eurovision" musiqi yarışması ərəfəsində inanılmaz bir mənzərə ilə qarşılaşıblar. Hökumət Bakının az qala bütün mərkəzi hissələrində onların evini uçurur, əvəzində ödənilən kompensasiya isə ya çox aşağıdır, ya da kompensasiya sadəcə, yoxdur!
Amma redaksiyamıza daxil olan bir məlumat olduqca maraqlı məqamlardan xəbər verir. Həmin məlumatdan görünür ki, əgər "Eurovision" öncəsi sadə, kasıb vətəndaşların evləri təhlükə qarşısında qalıbsa, nüfuzlu musiqi yarışmasından sonra eyni aqibət məmurların mülklərinin qarşısına çıxa bilər.
Məlumatı verən mənbənin sözlərinə görə, bir müddət əvvəldən başlayaraq, paytaxtın mərkəzi küçələrindən birində - Teymur Əliyev küçəsində yerləşən iri və dəbdəbəli iqamətgahların siyahıya alınmasına başlayıb: "Eyni proses iri məmurların, imkanlı iş adamlarının böyük maraq göstərdiyi, gözqamaşdıran mülklərin inşa edildiyi Novxanı kəndində də həyata keçirilir".
Xüsusilə Teymur Əliyev küçəsində - bura "Milyonerlər məhəlləsi" kimi tanınır və orada ölkənin ən iri məmurlarının dəbdəbəli villaları yerləşir, - olan mülklərin siyahıya alınmasına xüsusi diqqət yetirildiyini bildirən mənbə buradakı 2, 3 və 4 mərtəbəli mülklərin konkret kimə məxsusluğunun araşdırıldığını və dosya şəklinə salındığını bildirib. "İstisna deyil ki, "Eurovision" mahnı müsabiqəsindən sonra hökumətdə bütün diqqətlər prezident seçkilərnə yönələcəyindən iri məmurların sahib olduqları gerçək varidatın həcminə yönələcəyi ehtiyacı yaransın. Bu indiki situasiyada çox vacibdir. Azərbaycanda olduqca həssas situasiya yaranıb və əvvəlki illərin təcrübəsi göstərir ki, həssas siyasi dövrlərdə iri məmurlar özlərini hakimiyyətə sədaqət baxımından heç də "yaxşı" aparmırlar. Buna misal olaraq, 2005-ci il parlament seçkiləri ərəfəsində iki nazirin və çeşidli vəzifəli şəxslərin davranışlarını xatırlatmaq olar. Görünür, indi Bakının "milyonerlər məhəlləsi" kimi tanınan ərazisində və Novxanıda mülklərin siyahıya alınması və bu mülklərin dosyalaşdırılması da indidən keçmiş xoşagəlməz təcrübələrin qarşısını almaq məqsədi ilə edilir. Yəni söhbət konkret adamlarla bağlı konkret kompromatların ümumiləşdirilməsindən gedir" - deyə daxil olan məlumatlarda bildirilir.
O da istisna deyil ki, xüsusilə dəbdəbəli təsir bağışlayan və sahiblərinin adı ətrafında "mühüm fiqur ajiotajı" doğuran mülklər siyahıya alınmadan sonra onların əllərindən alınsın. Yəni hakimiyyətdə belə bir fikir var ki, bir çox məmurlar özlərini həddən artıq "yuxarıdan" aparır və bəzən elə gözqamaşdırıcı mülklər inşa etdirirlər ki, buna ən iri məmurlar belə, həsəd aparırlar. Bu prosesin də önünə keçmək və "çox göylə gedənlərə" həddini bildirmək məqsədi ilə də onların dəbdəbəli villalarının siyahıya alınması real təsir bağışlayır.
Hər bir halda Teymur Əliyev küçəsində və "villalar məkanı" Novxanıdakı mülklər ətrafında qaranlıq proseslərin başladığı şübhəsizdir. İşin gerçək pərdəarxası isə yəqin ki, zaman keçdikcə bütün detalları ilə hər kəsə agah olacaq.
Gözləyək.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17