KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasını başa çatıb.
"Unikal" xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistanın baş naziri Koxir Rəsulzoda, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç və KTMT baş katibinin müavini Valeri Semerikov iştirak ediblər. Görüş videokonfrans vasitəsilə keçirilib.
Görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və KTMT-nin gələcək fəaliyyəti müzakirə olunub. Gündəlikdə duran əsas məsələlər Ermənistan-Azərbaycan sərhədinin müəyyən ərazilərində vəziyyətin gərginləşməsi və onun aradan qaldırılmasına köməklik olub.
İclasda KTMT baş katibinin dövlət başçılarına ətraflı məruzə hazırlamaq üçün münaqişə zonasına getməsi, həmçinin, vəziyyəti təhlil edərək təkliflər hazırlamaq üçün Katibliyin və KTMT-nin Birgə Qərargahının əməkdaşlarından ibarət işçi qrupunun yaradılması təklif olunub.
20:48
Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) onlayn sammitində iştirak edir.
"Unikal" xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun TASS-a verdiyi məlumata görə, “tədbir başlayıb”.
Kollektiv Təhlükəsizlik Şurasının bu iclası müntəzəm deyil, bu ölkənin Azərbaycanla sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Ermənistanın xahişi ilə çağırılıb.