SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə təşkil etdiyi “Açıq mikrofon” aksiyası bu dəfə Sabirabad rayonunda keçirilib.
"Unikal" xəbər verir ki, “Səyyar qəbul otağı”nda 18 müraciət səsləndirilib. Bu müraciətlərdən 9-u fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi olub. Digər müraciətlər isə küçə qaz xətlərinin çəkilməsi və istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənməsi ilə mavi yanacağın təminatı prosesinin bərpasından ibarət olub. Aksiyada səsləndirilən müraciətlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən qeydə alınaraq bəzilərinin yerindəcə baxılmasına dair tapşırıqlar verilib.