Xəbər verdiyimiz kimi, Ermənistanın törətdiyi təxribat nəticəsində Milli Məclisin deputatı, Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyevin qohumu, kapitan 1994-cü il təvəllüdlü Möhbalı Fərid Kəmaləddin oğlu şəhid olub.
"Unikal"-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Dəstəsinin zabiti olan şəhid kapitan iki qız atası idi. Onun övladlarından biri yenicə dünyaya gəlmişdi.
Qeyd edək ki, F. Möhbalı bu gün II Fəxri Xiyabanda dəfn olunub.
Murad İbrahimli