Rusiya Ermənistanla Azərbaycan arasında atəşkəsin əldə edilməsinə nail olsa da, bu razılaşma dərhal pozuldu.
"Unikal" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Kirbi qeyd edib ki, ABŞ münaqişə zonasında gərginliyin deeskalasiyası üzərində işləyir. Bu məqsədlə Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan liderləri ilə telefon söhbəti aparıb.