Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ( KTMT ) Kollektiv Təhlükəsizlik Şurası təşkilatın baş katibi Stanislav Zasın rəhbərlik etdiyi qurumun missiyasını Ermənistana göndərməyə razılıq verib.
"Unikal" KTMT katibliyinə istinadən xəbər verir ki, missiya vəziyyəti qiymətləndirmək, həmçinin gərginliyin azaldılması ilə bağlı təkliflər hazırlamaq üçün KTMT-yə üzv dövlətlərin başçılarına hesabat hazırlamaq üçün göndərilir.
Missiyada baş katiblə yanaşı, KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov və KTMT-yə üzv ölkələrin nümayəndələri də iştirak edəcəklər.
Hesabat Kollektiv Təhlükəsizlik Şurasının payızda İrəvanda keçirilməsi planlaşdırılan növbəti sessiyasında təqdim olunacaq. Şura həmçinin Katibliyin əməkdaşları və Birləşmiş Qərargahın hərbi personalı arasından təşkilatın məsuliyyəti sahəsində vəziyyətə daim nəzarət etmək üçün işçi qrupunun yaradılması barədə razılığa gəlib.
Bundan əvvəl bildirilmişdi ki, KTMT Şurası Zasyanı dövlət başçılarına məruzə hazırlamaq üçün Ermənistan-Azərbaycan münaqişəsi zonasına getməyə dəvət edib.