Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov Bakıda, İkinci Fəxri xiyabanda dəfn edilir.
"Unikal" xəbər verir ki, 24 yaşlı şəhidin dəfn mərasimində ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak edirlər.
Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi Əhmədov SOS uşaq evində böyüyüb.