Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan hərbçilərimizdən biri də Elşən Babazadədir.

"Unikal" xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin kiçik giziri, 1996-cı il təvəllüdlü Elşən Sahib oğlu Babazadənin nəşi doğulub boya-başa çatdığı Qəbələ rayonun Mıxlıqovaq kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, E.Babazadə nişanlıydı, iki bacının yeganə qardaşı idi.