Yaponiya Müdafiə Nazirliyi gələn il sınaq istifadəsi üçün xaricdən zərbə pilotsuz uçuş aparatları (PUA) almağı planlaşdırır və 2025-ci ildən sonra həm Yaponiya, həm də xarici istehsalı olan yüzlərlə belə uçuş aparatını istifadəyə verməyi planlaşdırır.
"Unikal"ın məlumatına görə, İsrail istehsalı olan “Harop” kamikadze dronları və ABŞ-ın "Switchblade" dronları, eləcə də "Bayraktar" kimi döyüş sursatları daşıyan zərbə pilotsuz uçuş aparatlarını əldə edilməsi imkanları nəzərdən keçirilir.
Yaponiya Özünümüdafiə Qüvvələrinin sınaq müddətindən sonra zərbə pilotsuz uçuş aparatlara olan ehtiyacı qiymətləndirəcəyi və 2025-ci ildən sonra kütləvi qəbula keçəcəyi gözlənilir.