"Azərbaycan İsrail ilə iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verir".
"Unikal" xəbər verir ki, bunu iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov deyib.
“İsrail Azərbaycanın ilk 10 ticarət tərəfdaşından biridir. Statistik məlumatlara görə, bu ilin 7 ayı ərzində ticarət dövriyyəmiz iki dəfədən çox artıb”, - o bildirib.
İsrailin Azərbaycandakı səfiri Corc Dik çıxışında vurğulayıb ki, Azərbaycanla tərəfdaşlığımız, əsasən, Hökumətlərarası Birgə Komissiya sayəsində son 30 ildə nəzərəçarpacaq dərəcədə inkişaf edib.
Səfir Azərbaycanda mövcud olan dini tolerantlıq və multikulturalizmi yüksək qiymətləndirib, iki ölkə arasında yüksək səviyyəli strateji tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyib.
Diplomat iki ölkə arasında çox sayda səfərlərin həyata keçirildiyini və mühüm razılaşmaların əldə olunduğunu söyləyib.