YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili müsahibə verib.
"Unikal" həmin müsahibəni təqdim edir.
-Tahir müəllim, erməni hərbi birləşmələrinin son təxribatları nədən irəli gəlir?
-Sentyabrın 12-dən başlayaraq Ermənistan hərbi birləşmələrinin növbəti təxribatı nəticəsində atəşkəs rejiminin yenidən pozulması zamanı Azərbaycan hərbiçilərinin şəhid olmasına, yaralanmasına birbaşa Ermənistanın hazırki hərbi -siyasi hakimiyyəti məhsuliyyət daşıyır.
Qətiyyətlə deyə bilərəm ki, Ermənistan dövlətində təmsil olunan revanşist qüvəllər regionda sülhün bərqarar olmağını istəməyən xarici qüvvələrin alətinə çevriliblər və onlar həmin dairələrin sifarişlərini yerinə yetirərək bölgədə sabitliyin olmasına əngəllər törədirlər. Erməni hərbi birləşmələrinin təxribatlarına qarşılıq olaraq Azərbaycan ordusu öz Müzəffər Ali Baş Komandının əmirlərinə əsasən düşmənə layiqli cavablar verdi. İstər təxribatda iştirak edən erməni hərbiçilərinin məhv edilməsində, istərsə də sərhəd boyunca yerləşdirilmiş hərbi texnika və sursatların məhv olunmasında biz bunları görə bilərik. Ermənistan dövləti 10 noyabr 2020-ci il razılaşmasında üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməli olduğu halda tam əksini edərək Azərbaycanla sərhəddə yeni hərbi texnikalar cəmləşdirmək, canlı qüvvələr yığaraq revanşist düşüncələrə qapılmışdı. Ona görə də son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətlərində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistemli xarakter daşıyırdı.
-Ermənistanın bu təxribatlarına beynəlxalq təşkilatların səssiz qalması nə ilə bağlıdır?
- 12 sentyabrda atəşkəsin pozulmasına görə özlərini narahat hiss edən dövlətlər və beynəlxalq təşkilatlar təəssüf ki, bu müddət ərzində Ermənistana heç bir xəbərdarlıq emədi. Nə 30 il ərzində, nə də son 2 il müddətində dövlət səviyyəsində terrorun bütün növlərindən istifadə edən, beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayan Ermənistan dövlətinə heç bir təzyiq nə də ciddi xəbərdarləq olmadı. Bunun nəticəsi də olaraq Ermənistan təxribatlarını daha da genişləndirdi. Azərbaycan hər zaman olduğu kimi yenə də beynəlxalq hüquq normaları çərçivəsində öz mübarizəsini aparmaqdadır və BMT-nin Təhlükəsizlik Şurasının çıxartmış olduğu qətnamələrin həllini həyata keçirən bir dövlət olaraq yenə də bölgədə sülhün və sabitliyin bərqərar olması üçün səylərini davam etdirir.
Erməni hərbi birləşmələrinin atəşkəsi pozmasından dərhal sonra Ermənistanın baş nazirinin Rusiya, Fransa, ABŞ və s. dövlətlərin rəsmilərinə zəng etməsi heç bir fayda verməyəcək. Ona görə ki, Azərbyacan heç bir beynəlxaq hüquq normalarını pozmayıb, əksinə bölgədə müharibə və təxribatçılıqla məşğul olan revanşist qurupları zərərsizləşdirib. Qeyd eydiyimiz kimi, Azərbaycan BMT-nin 51-ci maddəsinə uyğun olaraq öz təhlükəsizliyini qoruyur və özünümüdafiə ilə məşğuldur. Hesab edirəm ki, erməni təxribatları bu cür davam edəcəyi təqdirdə bizim tam olaraq hüququmuz çatır k, Ermənistan daxilində bufer zona yaradaraq Ermənistandan Azərbaycana gələn təhdidlərin qarşısını alaq.
-Ermənistanın baş naziri Paşinyanın KTMT-ə müraciəti növbəti siyasi qorxaqlıq kimi qiymətləndirilə bilərmi?
-Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) kömək üçün müraciət edərək özünü bir daha gülünc vəziyyətinə qoymuşdur. Paşinyan bilməlidir ki, 2022-ci ilin fevral ayında Azərbaycan və Rusiya arasında imzalanan strateji müttəfiqlik sənədinə əsasən Rusiya Azərbaycanın BMT tərəfindən təsdiq olunmuş ərazi bütövlüyünü tanıyır, sərhəd toxunulmazlığına hörmətlə yanaşır və 3-cü dövlətlə birlikdə hərhansı bir hərbi əməliyyatlarda Azərbaycan Ordusuna qarşı döyüşə bilməz. Digər tərəfdən də həmin təşkilatda təmsil olunan dövlətlərin hər biri Azərbaycanla dostluq münasibətində olan ölkələrdir. Başını itirən Paşinyan, əslində bunu çox gözəl bilsə də yenə də mənasız müraciətlərini davam etdirərək özünün yanlış hərəkətlərinə ortaq axtarır. Əslində, Paşinyan bu cür müraciətlərə zamanını xərcləməkdəndirsə hökumətində və hərbi sahəsində olan revanşit və təxribatçı qüvvələri təmizləsə daha yaxşı olardı, əlbətdə ki, ölkəsinin sülh və sabitlik içində yaşamasını istəyirsə. Əks halda isə Ali Baş Komandanımızın vurğuladığı kimi, dəmir yumruq yerindədir və ölkəmizə qarşı təxribatlar edənlərin başını hər an əzməyə qadirdir, buna heç kimin şübhəsi olmasın. Azərbaycanda hazırda xalq-hakimiyyət birliyi mövcuddur, insanlarımız 44 günlük Vətən müharibəsində olduğu kimi yenə də bir yumuruq kimi öz Liderinin ətrafında sıx birləşib, qəhrəman əsgərlərimiz Müzəffər Ali Baş Komandanın əmirlərini hər an qüsursuz yerinə yetirməyə hazırdır. Nə Azərbaycan xalqı, nə də dövlətimiz bizə oluna bilən təhdidlərdən çəkinmir əksinə, bölgədə sülhün və sabitliyin bərqərar olunacağı, insanlarımızın təhlükəsiz yaşamasına əmin olduğumuz günə kimi öz haqlı mübarizəmizi davam etdirəcəyik.