Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 20 184,8 milyon manat, xərcləri isə 18,151,9 milyon manat təşkil edib.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26,6% və 16,2% çoxdur.
Son nəticədə büdcədə 2 032,9 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 6,5 dəfə çoxdur.