Zaqatalada Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin şəhid olan hərbi qulluqçusu ilə vida mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər, Laçın, Xüsusi Təyinatlı Qüvvələrin gənc zabiti 1999-cu il təvəllüdlü Zaqatala rayon Yuxarı Tala kənd sakini leytenant Ömərov Sərxan Mübariz oğlunun cənazəsi bu gün doğulduğu Zaqatala rayonunun Yuxarı Tala kəndinə gətirilib.
Sərxan Ömərovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Şəhidin cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub, havaya yaylım atəşi açılıb.