Düşmən təxribatı nəticəsində şəhid olan əsgər Muradov Bəxtiyar Güloğlan oğlu dəfn edilib.

"Unikal" xəbər verir ki, 19 yaşlı şəhidimiz Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində ailə üzvləri ilə yanaşı, şəhər rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, B.Muradov evin tək oğlu olub.