Azərbaycan Prezidenti İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bu genişmiqyaslı təxribatın məhz Ermənistan tərəfindən törədildiyini qeyd edib.
"Unikal" xəbər verir ki, dövlət başçısı buna görə bütün məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
Dövlət başçısı Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini vurğulayıb.