Sentyabr ayının 13-də erməni təxribatı nəticəsində şəhid olmuş Dövlət Sərhəd Xidmətinə məxsus “N” saylı hərbi hissədə müddətdən artıq xidmət keçən hərbi qulluqçu, baş çavuş, 1990-cı il təvəllüdlü Rəhimov Təbriz Rəhim oğlu ilə vida mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, vida mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatları Əli Hüseynli və İlham Məmmədov, Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general-mayor Aqil Babayev və şəhidin yaxınları iştirak edib.
Şəhidimiz anadan olduğu Yevlax rayonunun Gülövşə kəndində torpağa tapşırılıb.
Dəfn mərasimindən sonra dəfn mərasiminin iştirakçıları şəhidin yaşadığı evə gələrək onun ailə üzvlərinə başsağlığı verib.