Düşmən təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən bir neçəsi nişanlı olub.
"Unikal" xəbər verir ki, həmin şəhidlərimizdən biri bu gün Zaqatalada dəfn olunan Xüsusi Təyinatlı Qüvvələrin zabiti, 1999-cu il təvəllüdlü leytenant Sərxan Mübariz oğlu Ömərovdur.
23 yaşlı S.Ömərov iki bacının yeganə qardaşı idi.
Digər nişanlı olan şəhidimiz 1992-ci il təvvəllüdlü Səid Həsənovdur. Cəlilabad rayonunun Əsədli kənd sakini olan şəhidimiz doğulduğu kənddə dəfn edilib.
Xüsusi Təyinatlı Qüvvələrin giziri Səid Həsənov 44 günlük Vətən müharibəsində də böyük şücaət göstərib və "Döyüşdə fərqlənməyə görə", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə " medalları ilə təltif edilib.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan nişanlı hərbçilərimizdən biri də Elşən Babazadədir.
Dövlət Sərhəd Xidmətinin kiçik giziri, 1996-cı il təvəllüdlü Elşən Sahib oğlu Babazadə ötən gün doğulub boya-başa çatdığı Qəbələ rayonun Mıxlıqovaq kəndində torpağa tapşırılıb. 26 yaşlı gizirimiz iki bacının yeganə qardaşı idi.
Anar Kəlbiyev