Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulması, o cümlədən “TikTok” və “Telegram”ın bloklanması ilə bağlı iddialara münasibət bildirib.
Nazirlikdən "Unikal"a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Nazirlik heç bir internet resursuna məhdudiyyət qoymayıb”, - deyə qurum bəyan edib.
Xatırladaq ki, son günlər Azərbaycanla Ermənistan arasında baş verənlərlə bağlı TikTok” və “Telegram”ın bloklanmasına dair məlumatlar yayılıb.
***
15:41
Azərbaycanda "TikTok" platformasına girişdə problem yaranıb.
"Unikal" xəbər verir ki, sözügedən problem qlobal xarakter daşımır, sosial şəbəkə Azərbaycan ərazisində qeyri-müəyyən müddətlik dayandırılıb.
Hazırda "TikTok"un Azərbaycanlı istifadəçiləri sözügedən platformadan istifadə edə bilmir.
Problemin səbəbi hələlik məlum olmasa da, bunun dezinformasiyaların qarşısının alınması üçün çoxsaylı tələblərlə bağlı olduğu deyilir.