Millət vəkili Vahid Əhmədov,Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan müddətdən artıq xidmət edən hərbi qulluqçu Həsənov Ümid İlqar oğlunun dəfnində iştirak edib.
"Unikal" xəbər verir ki, Qubanın İsnovqışlaq kənd qəbiristanlığında baş tutan izdihamlı dəfn mərasimində çıxış edən millət vəkili şəhidin doğmalarına və əzizlərinə baş sağlığı verib və onlara Allahdan səbr diləyib.Vahid Əhmədov şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsinin vacibliyini bildirərək,onları Azərbaycanın müstəqilliyinin bünövrəsi adlandırıb.
Dəfn mərasiminin sonunda cənazəyə bükülmüş üçrəngli Azərbaycan bayrağı millət vəkili Vahid Əhmədov tərəfindən şəhidin atasına təqdim olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!