Sentyabrın 12-13-ü Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
"Unikal" xəbər verir ki, genişmiqyaslı təxribatın qarşısı alınarkən İsmayıllı rayonunun Talıstan kənd sakini, Azərbaycan ordusunun quru qoşunlarının zabiti, baş leytenant Bədəlov Cavidan Zaur oğlu qəhrəmancasına şəhid olub.
Sentyabrın 14-də İsmayıllı rayonunda şəhid Bədəlov Cavidan Zaur oğlunun dəfn mərasimi keçirilib. Millət vəkilləri Novruz Aslanov, Tahir Kərimli, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və kollektivi, rayon ictimaiyyəti dəfn mərasimində iştirak edib.
Şəhid olan hərbi qulluqçuların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!