Bu gün daha bir şəhid övladı birinci sinfə qədəm qoyur.
"Unikal" xəbər verir ki, Vətən müharibəsində şəhid olan Vətən Müharibəsi Qəhrəmanı, mayor Amid Heydərovun oğlu Səid Heydərli birinci sinfə gedib.
Qeyd edək ki, Amid Heydərov 1988-ci ildə Lerikdə anadan olub. Mayor A.Heydərov oktyabrın 3-də Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Şəhid zabitimizə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Bundan başqa o, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Anar Kəlbiyev