“Prezidentin Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə məktəblərin tikintisi prosesi gedir. Şuşa və Ağdam məktəbi bu tədris ilinin sonu artıq tam hazır olacaq. Bəlkə də bir az daha tez”.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, növbəti tədris ilindən o məktəblərdə də ilk zəng çalınacaq:
“Bunlar böyük - 960 nəfərlik məktəblərdir. Cəbrayıl və Füzuli bölgələrində məktəblərdə tikinti işləri başlanılıb. Suqovuşan qəsəbəsindəki məktəb təmirdən sonra hazır vəziyyətdədir. Füzuli peşə liseynin hazırlıq prosesi bitmək üzrədir. Şuşa Real məktəbinin də artıq layihələndirilməsi bitib. Bütün bu layihələr özlüyündə 10 minlərlə şagirdi əhatə edəcək".