"Ermənistan silahlı qüvvələri sərhəddə təxribat törətdikdə sonra bu ölkənin baş naziri Nikol Paşinyanın addımları bir məqsədə yönəlib. Belə ki, o, bu addımla səs-küy yaradıb, həmin ərazilərə hansısa beynəlxalq təşkilatları cəlb etmək istəyir".
Bunu "Unikal"a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Eks-nazir bildirib ki, Paşinyan Rusiya tərəfindən onun addımlarına real dəstək verilmədiyini gördü:
"Ona görə də, Paşinyan çalışır ki, sərhəddə hansısa formada beynəlxalq müşahidəçiləri və ya vasitəçiləri yerləşdirsin. Bundan sonra isə onların arxasından Qarabağa aid təxribat siyasətini davam etdirsin. O, Azərbaycanda qorxur və başa düşür ki, uzun müddət idi onları Rusiya dəstəkləyirdi. Görünür indi Rusiya bunu ya istəmir, ya da Ukraynadakı müharibəyə görə imkanı yoxdur. Nikol Paşinyan isə Rusiyanı əvəzləmək üçün belə addımlar atır".
Paşinyanın Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitinə qatılmamasına gəlincə, T.Zülfüqarov bildirib ki, onun həmin sammitdə istədiyi məqsədlərə nail olmaq imkanı yoxdur.
"Bu baxımdan, özünü Qərb tərəfə göstərmək üçün həmin tədbirə getməyib. Ümidi Fransaya və digər ölkələrədir ki, bəlkə bu addımına görə Ermənistanı dəstəkləyərlər".
Anar Kəlbiyev