Bu gün şəhid xəbəri gələn Turan Məhərrəmov toyuna hazırlaşırdı.
"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilir ki, nikahı olan şəhidimizin gələn ay toyu olacaqmış.
Qeyd edək ki, T. Məhərrəmov 2001-ci ildə Zaqatalanın Qımır kəndində doğulub. O, Silahlı Qüvvələrdə MAXE kimi xidmət edib. Düşmən təxribatı nəticəsində şəhid olan hərbçimizin bu gün doğulduğu Qımır kəndində torpağa tapşırılacağı bildirilir.