Xəbər verdiyimiz kimi, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Yardımlıdan olan xanımın atası tərəfindən məcburi şəkildə məktəb direktoruna ərə verilməsinə görə Bakıya qaçdığını yazıb. 

Bununla bağlı Yardımlı rayonunun Arvana kənd orta məktəbinin direktoru Kamran İsayev "Unikal"a açıqlamasında ona ünvanlanan ittihamlara cavab verib. 

Direktor bildirib ki, deyilənlərin hər biri iftiradır: "Bu şər-böhtan, iftira və öyrədilmə məsələsidir. Sığınacağa gedən qız həyat yoldaşımın bacısıdır. Baldızım məni şərləyir. Sizcə elə şey olar ki, mən 2 bacı ilə evlənim? Hər yazılan düz olmur. Heç bir kəbin kəsdirmə məsələsi olmayıb". 

Ağarza Elçinoğlu 

xxx

17:03

Yardımlı rayonunda ata qızını digər qızının əri ilə evləndirməyə çalışıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Qadın və Uşaq Sığınacağı" məlumat verib. 

O bildirib ki, Yardımlıdan ayaqyalın Bakıya gələn qadın bildirib ki, 3 il evlilikdən sonra boşanaraq atasının evinə gedib. Ata qızını bir müddət saxladıqdan sonra onu digər qızının evli olduğu şəxsə ərə vermək istəyib. Evləndirmək istədiyi şəxs isə Yardımlı rayon Arvana kənd məktəbinin direktoru vəsifəsində çalışır. 

"Ata qızına bildirib ki, bacın (məktəb direktoru ilə) evlidir ona yaxşı baxır sənə də yaxşı baxacaq, imkanı yaxşıdır sən də onunla evlənməlisən... Məktəb direktoru qıza məcburi kəbin kəsdirib, qızın boynundakı kəlağayı ilə onu boğaraq evə gəlməsini "Səninlə kəbin üçün 40 manat pul vermişəm" deyərək evinə aparmaq istəyib. 

Bildirilib ki, qadın Binəqədi Rayon Polis idarəsi tərəfindən sığınacağa yerləşdirilib.