Maliyyə Nazirliyi 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsini, eləcə də sonrakı 3 il üçün icmal büdcənin göstəricilərini və büdcə zərfinə aid digər sənədləri Nazirlər Kabinetinə təqdim edib.
"Unikal" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, bu addım “Büdcə sistemi haqqında” qanuna və “2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” Nazirlər Kabinetinin 28 yanvar 2022-ci il tarixli sərəncamına uyğun olaraq atılıb.