Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 25,7 faiz artaraq avqustun 1-nə milli valyuta ekvivalentində 10 milyard 817,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, əmanətlərin 60,1 faizi milli, 39,9 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 12,2 faiz artıb.