Gələn il dövlət büdcəsində qrantlar və digər ödənişlər üzrə xərclər 507,8 milyon manat proqnozlaşdırılır.
"Unikal" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.
Bu, 2022-ci illə müqayisədə 25,5 milyon manat, yaxud 5,3 faiz çoxdur.
Dövlət büdcəsinin xərclərində qrantlar və digər ödənişlərin xüsusi çəkisi isə dəyişməyəcək, 1,5 faiz olacaq.