Azərbaycanda istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olmanın əlavə 1 il (2025-ci ilin sonuna qədər) artırılması nəzərdə tutulur.
"Unikal" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.
Qeyd edək ki, sözügedən hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - bu il yanvarın 1-dən 3 il müddətinə (2024-cü ilin sonuna qədər) vergidən azad edilib.